Maliyyə dayanıqlığını artırmaq üçün “Rabitəbank”-ın səhmdarları tərəfindən 2018-ci ildə bankın nizamnamə kapitalına əlavə 13 milyon AZN vəsait mədaxil edilib. Bunu “Rabitəbank”-ın Marketinq Departamentinin rəhbəri Ələkbər Eyvazlı bidirib.
O, qeyd edib ki, bununla da bankın Məcmu Kapitalı artaraq 100 milyon AZN-nin üstündə bir məbləğə çatıb: “2018-ci il ərzində bankın strategiyasına yenidən baxılmış və müştəri yönümlü inkişaf məqsədi ilə yeni prioritetlər müəyyən edilib. Bu xüsusi ilə bankın rəqəmsallaşması istiqamətində fəaliyyətində özünü xüsusi biruzə verir. Belə ki, bu dövr ərzində bankımız internet bankinq xidmətlərini təkmilləşdirərək əlavə yeni messencer və telegram botları müştərilərin istifadəsinə verib. Bankımız həmçinin rəqabətli şərtlərlə kreditlər verməklə daha sağlam müştəri seqmentinə istiqamətlənmiş və kredit portfelini il ərzində 38.3% artıraraq 329.3 milyon AZN-ə çatdırıb”