Banner

Bank

“Mastercard”ın keçirdiyi kampaniyalar kontaktsız ödəmələrin artımına - TƏSİR EDİB

“Mastercard”ın keçirdiyi kampaniyalar kontaktsız ödəmələrin artımına - TƏSİR EDİB | FED.az
15:23 30 Aprel 2020

“Mastercard”ın Azərbaycanda lotereya kampaniyası işə düşdükdən sonra kartlar üzrə əməliyyatlar 40 faiz, kontaktsız ödəmələr isə 70 faiz artıb.

Eləcə də bax: Mastercard vaxtı bitmiş kartların - MÜDDƏTİNİ UZADIR

FED.az xəbər verir ki, bu barədə şirkətdən bildiriblər.

Qeyd olunub ki, sakinlər nağd puldan az istifadə etməyə çalışır və daha təhlükəsiz və etivbarlı ödəmə xidmətlərindən istifadə edir:

“Bu artım göstəriciləri iyunun sonunda ilk avtomobilin lotereyada uduşa çıxarılması müddəti yaxınlaşdıqca daha da yüksələcək”.

Şirkətdən onu da bildiriblər ki, lotereya kampaniyası kassirlərin təşviq olunmasına yönəlib. Onlar kart və kontaktsız kartlarla ödəmə həcmlərini stimullaşdırmaqla müştərilərin məlumatlandırılması funksiyasını daşıyır:

“Hamımız bilirik ki, kontaktsız ödəmələr sadə, sürətli və təhlükəsizdir. Biz indi bu üçlüyə digər üstünlüklər də əlavə etmişik. Biz “Mastercard” olaraq Azərbaycanda rəqəmsal ödəmələrin payının artırılması üzrə “Nağdsız Azərbaycan” layihəsində hökumətin səylərini dəstəkləməkdən məmnunuq”.

Digər xəbərlər

Banner