23.11.2017 – 31.01.2018 tarixləri arasında keçiriləcək kampaniya çərçivəsində bankın təqdim etidiyi Mastercard Debit, Mastercard Standard, Mastercard Gold, Visa Classic və Visa Gold kartlarını bankdan 50% endirimlə əldə etmək mümkün olacaq.
Bundan başqa, 31 yanvar 2018-ci il tarixinədək AccessBank-ın Visa və Mastercard kart sahibləri nağdsız ödəniş etməklə 2 ədəd yeni iPhone X qazanmaq imkanı əldə edəcəklər.
Uduşlu kampaniyada iştirak etmək üçün, AccessBank tərəfindən buraxılmış Visa və MasterCard ödəniş kartları ilə (maaş kartları və Visa Business kartları istisna olmaqla) Azərbaycan Respublikası ərazisində və ölkədən kənarda yerləşən istənilən ticarət-xidmət müəssisəsində, həmçinin, İnternet üzərindən məhsullar və ya xidmətlər üzrə min. 20 AZN (və ya valyuta ekvivalenti) və ya ondan yuxarı məbləğdə nağdsız əməliyyat aparmaq (uduşda iştirak etməyən əməliyyatlar istisna olmaqla) kifayətdir.
Qaliblər kampaniya müddətində bankın kartları vasitəsilə edilən əməliyyatların hesabatı nəticəsində seçiləcəkdir. Ən çox sayda və ən böyük məbləğdə əməliyyat edən 2 müştəri yeni iPhone X qazanacaq.
AccessBank-ın kartlarını, bankın ölkə ərazisində mövcud olan geniş filial şəbəkəsindən və ya bu linkdən onlayn sifariş etmək mümkündür.