Azərbaycan Mərkəzi Bankı (AMB) ölkə əhalisinin sağlamlığını qorumaq üçün ötən həftədən etibarən son istifadə müddəti 2020-ci ilin mart-may ayalrında olan kartların istifadəsinə bu ilin iyul ayının sonunadək icazə verib.
FED.az xəbər verir ki, AMB-in göstərişləri əsasında Mastercard istifadə müddəti bitmiş kartların xidmət müddətini uzadıb.
Mastercard bu addımı atsa da, yekunda müştərilərə belə bir imkan tanımaq qərarı bankların öz istəyinə bağlıdır.
Eləcə də bax: Azərbaycan Banklar Assosiasiyasının –BƏYANATI
“İnsanların əksəriyyəti mövcud vəziyyətə görə öz təmaslarını və hərəkətlərini məhdudlaşdırmağı düşünür. Bilirik ki, kartlarının istifadə müddəti başa çatan və ya sona yaxınlaşan bəzi Mastercard kart sahibləri artıq tanış olduqları və indiki vəziyyətdə tələb olunan nağdsız və təmasız ödənişlərdən istifadə etmək üçün banka getmək və yeni bir kart almaq məcburiyyətində qalmaqdan narahatdırlar. Biz öz tərəfimizdən prosesin bütün texniki asanlığını təmin edirik,” - Mastercard-ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ərdəm Çakar deyib.