Kiber hücumların artan təsirlərini aradan qaldırmaq üçün yaradılan Kiber Sülh İnstitutu həssas icmalara yardım edərək şəffaflığı təşviq edəcək və kiber məkanda qəbul edilmiş davranışlar barədə müzakirələri genişləndirəcək.
FED.az xəbər verir ki, Kiber Sülh İnstitutu - böyük kiber hücumların artan təsirlərini aradan qaldırmaq məqsədilə yaradılmış müstəqil QHT-dir. O, kiber məkanda münaqişələrin azaldılması, sülh və sabitliyin artırılması üçün edilən qlobal səylərin nəticəsidir.
Eləcə də bax:Azərbaycanda bankın - MÖHÜRÜ İTİB
Öz missiyasını yerinə yetirmək üçün Kiber Sülh İnstitutu üç əsas funksiyaya köklənəcək:
Yardım: Kiber hücumların qurbanları üçün bərpa səylərini koordinasiya etmək və həssas icmalara və təşkilatlara hücumlara qarşı daha möhkəm olmaqda köməklik göstərmək.
Hesabatlılıq: Zərəri qiymətləndirmək və problemə böyük həcmdə şəffaflıq təmin etmək də daxil olmaqla, kiber hücumların təhlili, araşdırması və təhqiqatını asanlaşdırmaq və bununla da hər kəsi hücuma qarşı hərəkətə keçmək üçün daha yaxşı məlumatla təmin etmək.
İnkişaf: Beynəlxalq hüquq və qaydalara riayəti gücləndirməklə, kiber məkanda məsuliyyətli davranışı inkişaf etdirmək.
Kiber hücumların bütün dünya üzrə insanlara və mülki infrastruktura vurduğu zərər hər zamankından daha çoxdur. Ən zərərli hücumlar bizneslərin məhvinə, iqtisadiyyatların çöküşünə və xəstəxanaların bağlanmasına gətirib çıxarıb. Bu yaxınlarda kiber hücum nəticəsində yerli hökümət idarələrinin fəaliyyətini dayandı, elektrik şəbəkələri və seçki infrastrukturu təhlükə altına düşdü.
Kiber Sülh İnstitutuna hazırda Avropa daxilində İnternet İstinadı İdarəsinin başçısı olan və Avropa Kiber Cinayət Mərkəzinin yaradılmasında müstəsna rolu olmuş Stefan Duquin rəhbərlik edəcək. Avropa Parlamentinin hazırki üzvü Marietye Şaake Kiber Sülh İnstitutunun Prezidenti və Məşvərət Şurasının Sədri vəzifələrini icra edəcək. Bundan əlavə, o, bu yaxınlarda Stanfordun Kiber Siyasət Mərkəzinə və onun Süni İntellekt İnstitutuna qoşulub.
“Kiber hücumlar nəticəsində yaranan qlobal nasazlıqlar sülh vaxtı insanları hədəf alan gizli təhlükənin simptomlarıdır. Həssas icmalar arasında möhkəmlik yaratmaq, hücum edənlərin zərərli fəaliyyətlərini işıqlandırmaq və kiber məkanda məsuliyyətli davranış barədə məlumatlandırma işləri aparmaq üçün bizə konkret həllər lazımdır. Kiber Sülh İnstitutunun akademik mühiti, vətəndaş cəmiyyətini, hökümətləri və sənayeni kiber məkanda kollektiv sülh axtarışına cəlb etməsini səbrsizliklə gözləyirəm.” - deyə Duquin bildirib.
“Mülki şəxslər kiber hücumlara məruz qalmaq baxımından daha böyük risk altındadırlar. Biz bu hücumları azaltmalı və kiber məkanda sülhə köklənməliyik. Kiber Sülh İnstitutunun prezidenti olaraq, qlobal gündəmə töhfə verməyi səbrsizliklə gözləyirəm,” - deyə Şaake vurğulayıb.
İnstituta 8 üzvdən ibarət idarə və 14 üzvü olan məşvərət heyəti rəhbərlik edəcək.
Öz missiyasını icra etmək üçün Kiber Sülh İnstitutu növbəti aylarda mütəxəssislər və maraqlı tərəflərlə görüşlər keçirəcək və onları əməkdaşlığa cəlb edəcək. Onların əsas işi bütün dünya üzrə dövlət və özəl sektorla, vətəndaş cəmiyyəti və akademik mühit ilə tərəfdaşlıq qurmaq olacaq.
“Mastercard”, “Microsoft” və Hyulet Fondu Kiber Sülh İnstitutunun təşəbbüsçü sponsorlarıdılar.
İnstitut haqqında daha ətraflı məlumat almaq üçün linkə keçin: www.cyberpeaceinstitute.org-da