“Bir çox Azərbaycan vətəndaşları Türkiyədə tibbi xidmətlərdən istifadə edir. Bunu nəzərə alaraq Türkiyədəki xəstəxanalara tövsiyyə etdik ki, Azərbaycandan gələnlər "MasterCard"la ödəniş etdikdə onlara müəyyən güzəştlər edilsin”.
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Mastercard”ın Azərbaycan üzrə meneceri Erdem Çakar deyib.
Eləcə də bax: "MasterCard" Azərbaycanda POS-terminalı əvəzləyən sistem - TƏTBİQ EDƏ BİLƏR
Onun sözlərinə görə, artıq Türkiyədəki bəzi xəstəxanalar bu çağırışa müsbət cavab verib və azərbaycanlı pasinetlərə endirim edir.
"Biz Azərbaycanda nağdsız ödənişlərin artmasında maraqlıyıq. Bu səbəbdən gələn il nağdsız ödənişlərlə bağlı kampaniya keçirməyi planlaşdırırıq. Bu barədə növbəti aylarda ətraflı məlumat verəcəyik”, - o qeyd edib.
Report