MasterCard beynəlxalq ödəniş sistemi Azərbaycan Beynəlxalq Bankını mükafatlandırıb. Bank debit MasterCard kartlarının sayını nisbət olaraq artıran bank nominasiyasında lider olub.
Azərbaycan Beynəlxalq Bankı hazırda ən çox sayda beynəlxalq ödəniş sistemləri ilə əməkdaşlıq edən Azərbaycan bankıdır. MasterCard, VISA, American Express, Union Pay, Diners Club, JCB kimi beynəlxalq ödəniş sistemləri ilə gerçəkləşdirdiyi müştərək layihələr sayəsində bank müştərilərinə dünyanın hər bir yerində faydalana biləcəkləri geniş çeşidli kart məhsulları və özəl üstünlüklər təqdim edir.
Azərbaycan Beynəlxalq Bankı həm də ölkəmizdə ən böyük ATM şəbəkəsinə malik bankdır. Hazırda respublikamızın ayrı-ayrı bölgələrində bankın 760 bankomatı fəaliyyətdədir. Bundan başqa, ölkəmizdəki müxtəlif ticarət və xidmət mərkəzlərində Azərbaycan Beynəlxalq Bankının 12219 POS terminalı müştərilərin istifadəsindədir.
MasterCard Azərbaycan Beynəlxalq Bankını mükafatlandırdı

16:23
16 Okt 2018