Amerikalı milyarder İlon Maskın rəhbərlik etdiyi ABŞ Hökumət Səmərəliliyi İdarəsi (DOGE) aparılmış auditdən sonra ABŞ dövlət strukturlarının adına rəsmiləşdirilmiş 470 min kredit kartını bloklayıb.
Tramp Maskın ABŞ hökumətində nə qədər işləyəcəyini açıqlayıb
FED.az xəbər verir ki, bu barədə DOGE-nin rəsmi “X” səhifəsində məlumat paylaşılıb.
“İstifadə olunmayan və lazımsız kredit kartlarının audit proqramı 30 [dövlət] agentliyini əhatə edəcək şəkildə genişləndirilib. Yeddi həftə ərzində təxminən 470 min kart deaktiv edilib", – deyə paylaşımda qeyd olunur.
Həmçinin, bildirilir ki, audit başlayarkən dövriyyədə ümumilikdə 4,6 milyon aktiv kart mövcud olub.
İlon Mask DOGE tərəfindən paylaşılan məlumatı şərh edərək bildirib ki, dövlət agentlikləri tərəfindən əməkdaşların xidməti xərclərini qarşılamaq üçün verilən kredit kartlarının sayı “dövlət qulluqçularının ümumi sayını iki dəfə üstələyir”. Onun sözlərinə görə, bu göstərici sadəcə – “dəli-divanəlikdir”. (Trend)