3-6 noyabr tarixləri arasında Marsol və Globus Travel Agency-nin təşkilatçılığı ilə Marsol partnyorlarının Naxçıvan Muxtar Respublikasına işgüzar səfəri baş tutub.
FED.az xəbər verir ki, səfərin ilk günündə “Gəmiqaya Holdinq”in İdarə Heyəti Sədrinin müavini Hasan Albayrakın dəvəti ilə nahar süfrəsi ətrafında görüş keçirilib. Gəmiqaya holdinqin fəaliyyət sahələri haqqında ətraflı məlumat verilib.
Daha sonra energetik içkilərin istehsalatı ilə məşğul olan “Enna” şirkətinə istehsalat ziyarəti edilib. Şirkətin rəhbəri Murad Məmmədov fəaliyyətlətləri ilə bağlı ətraflı məlumat verib və istehsalat gəzintisi edilib.
Daha sonra növbəti istehsalat ziyarəti “Magna” brendi ilə tanınan “Cahan Sənaye Kompleksi Plastik Məmulatlar Zavodu”nda baş tutub. İstehsalat gəzintisi edərkən zavodun rəhbəri Fehruz Zehirov Marsol partnyorlarını plastik məmulatların hazırlanması prosesləri ilə yaxından tanış edib.
Səfərin ikinci günü Marsol partnyorlarından olan “SİRAB” şirkətinin eyniadlı kənddə yerləşən zavoduna ziyarətlə başlayıb. “Sirab” şirkətinin İdarə Heyətinin sədri Namiq Novruzov qonaqlara istehsalatı gəzdirərək müəssisənin fəaliyyəti ilə bağlı geniş məlumat verib.
Günün ikinci ziyarəti isə Marsol partnyorlarından olan Naxçıvan Bankın baş ofisinə olub. Bankın İdarə Heyətinin sədri İsa İsayev qonaqlar üçün hazırlanan furşet masası ətrafında bankın Naxçıvandakı fəaliyyəti haqqında geniş məlumat verdi və görülən işlərlə bağlı hazırlanan video çarx nümayiş olunub. Görüşün ardınca Marsol partnyorlarının “Duzdağı Fizioterapiya Mərkəzi”nə ekskursiyası baş tutub.
Günün sonunda isə Naxçıvan Bankın dəvəti ilə şam yeməyində iştirak edilib.
Naxçıvan səfərinin son günü isə “Beetech” şirkətinin rəhbəri Xəqani Məmmədlinin dəvəti ilə MADO restoranında səhər yeməyi baş tutub. Görüşdə Naxçıvanda fəaliyyət göstərən yerli sahibkarlar da iştirak edib və tanışlıqlar olub. Daha sonra “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalı ziyarət edilib. Festivaldan sonra Naxçıvanın qədim rayonlarından biri olan Ordubada və “Əshabi-Kəhf” ziyarətgahına ekskursiya baş tutub.
6 noyabr tarixində isə Marsol partnyorlarının Naxçıvan səfərindən Bakıya qayıdıblar.