Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
    • Gömrük
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner
Banner

Bank

  1. Ana səhifə
  2. Bank
  1. Bank

«Manatın üzərində 7 nəfərin şəkli olmalı idi» - BİZNES TARİXİ

«Manatın üzərində 7 nəfərin şəkli olmalı idi» - BİZNES TARİXİ | FED.az
09:29 15 Avq 2020

Bu gün Azərbaycan manatının dövriyyəyə buraxılmasından 28 il keçir.

FED.az xəbər verir ki, 1992-ci ildə o vaxtkı prezident Əbülfəz Elçibəyin 15 iyul tarixli “Milli valyutanın dövriyyəyə buraxılması haqqında” fərmanından sonra elə həmin il avqustun 15-də 1, 10 və 250 manatlıq əskinaslar, noyabrında 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrında 5 manatlıq əskinaslar, 1993-cü ilin martında isə 50, 100, 500 və 1 000 manatlıq əskinaslar dövriyyəyə buraxılıb.

Hər bir ölkənin pulu – milli valyutası onun əsas atributlarından sayıldığına görə, manatın 27 illiyi Azərbaycan pulunun tarixinə nəzər salmaq üçün səbəbdir. Beləliklə…

Şah İsmayılın “Əşrəfi”

Rəsmi olaraq Azərbaycan dövlətinin ilk pulları müstəqil Azərbaycan dövlətinin qurucusu Şah İsmayıl Xətain döründə buraxılıb. O dövrün pul vahidi abbası, tümən və şahı idi. Ümumilikdə, Səfəvi dövləti adından 70-dən çox şəhərdə pul kəsilib, o illərdən dövrümüzə 200-dək gümüş sikkə gəlib çatıb. Bir qızıl sikkə də var ki, I Şah İsmayılın adından Təbriz şəhərində kəsilib. Bu qızıl pul “Əşrəfi” adlanır, çəkisi 3,5 qramdır. Şah İsmayıldan sonra pul kəsilməsi ənənəsi onun varisləri tərəfindən davam etdirilirdi. Yeri gəlmişkən, o vaxtın Azərbaycan pulları, Azərbaycan şahlığının nəzarətində olan digər ölkələrdə, məsələn, Gürcstanda da işləyirdi. Elə indi də Gürcüstan tarixi muzeyində orta əsrlərin pulları sırasında Azərbaycan dövlətinin pulları üstünlük təşkil edir. Azərbaycan Rusiya işğalı altına düşdükdən sonra burada rus pulları işləyirdi və növbəti milli pulları düz 400 il gözləmək lazım gəldi.

Demokratik Respublikanın fransız pulları

Müsəlman dünyasında ilk demokratik dövlət olan Azərbaycan Cümhuriyyətinin ilk müstəqil pulları 1919-cu ilin əvvəlində tədavülə buraxılan 25, 50, 100 və 250 manatlıqlar idi. Əskinasın üz tərəfində «Cümhuriyyət», arxa tərəfində isə rus dilində «Azerbaydjanskaə Respublika» ifadələri, əskinasın nominal dəyəri və buraxıldığı tarix göstərilib. Həmin vaxt pullar adı azərbaycanca dilində manatla, rusca isə rubl ilə verilirdi. Məqsəd uzun illər işlədilən və hələ də dövriyyədə qalan Rusiya pul nişanlarına öyrəşmiş əhalinin tədricən yeni milli pul vahidinə inamının artırılması idi. Bununla yanaşı, AXC-nin beynəlxalq miqyasda tanınması üçün Cümhuriyyət 500 manatlıq əskinasların üzərində respublikanın və nominalın adlarını fransız dilində də verməyi lazım bilmişdi.

Sovet Azərbaycanının sovet pulları

Azərbaycanda sovet hökuməti qurulandan sonra 1920-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının (ASSR) adından yeni pullar buraxılmışdı. Bunlar 5, 100 və 1 000 rublluq əskinaslar idi. 1921-ci ildə pulların dizaynı və məbləğləri dəyişdi – indi tədavülə 5 000, 10 000, 25 000 və 50 000 manatlıq əskinaslar buraxıldı.

1921-ci ildən başlayan iqtisadi böhran nəticəsində pullar dəyərdən düşməyə başladı və yeni, daha böyük nominalı əskinaslar buraxıldı.  Bunlar 100 000, 250 000 və 1 000 000 manatlıq əskinaslar idi. 1923-cü ilin əvvəlində isə 5 milyon manatlıq buraxıldı. Bu pulların üzərində dəyəri Azərbaycan dilində manatla, rusca isə rublla göstərilmişdi. Bütün əskinaslarda dövlət atributlarının elementləri – “aypara və ulduz”, “oraq və çəkic” təsvir edilird.

10 milyard rublluq əskinas

1923-24-cü illər ərzində Azərbaycan ərazisində Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının (ZSFSR) pulları buraxıldı. Bunlar 5 min manatdan başlayaraq 1 milyona, daha sonra 10 milyon manata çatan əskinaslar idi.  1922-1923-cü illərdə Cənubi Qafqaz respublikalarında güclənən iqtisadi böhranı və inflyasiya nəticəsində, 1924-cü ilin əvvəlində tədavülə 25, 50, 75, 100, 250 milyonluqlar, hətta 1 milyard rublluq əskinaslar buraxıldı. Eləcə də tarixdə ilk dəfə olaraq 10 milyard rublluq əskinas da buraxıldı.

ZSFSR pul vahidləri Azərbaycan, Gürcüstan və Ermənistanda dövriyyədə idi. Bu üç respublika arasında iqtisadi durum Azərbaycanda yüksək olduğundan Azərbaycan manatı – ZSFSR rublundan dəyərli idi.

1923-cü ildə SSRİ Dövlət Bankı yaradıldı və Azərbaycanın bank sistemi də Moskvadan idarə olunmağa başlandı. 1936-cı ildə isə Azərbaycan rəsmi surətdə SSRİ-nin tərkibinə daxil oldu. SSRİ məkanında yeganə pul sovet rublu idi və İttifaqa daxil olan digər respublikalar kimi Azərbaycanda da yalnız sovet rublu işləyirdi.

Sovet dövründə 3 pul islahatı (1947, 1961, 1991) həyata keçirilib. Sonuncu, 1991-ci ildə həyata keçirilən pul islahatı əhalinin yaddaşlarında “Pavlov islahatı” kimi qalıb. O vaxt cəmi 3 gün ərzində ölkədəki bütün 50 və 100 rublluq əskinaslar dövriyyədən çıxarıldı. Yeri gəlmişkən, həmin islahatlarda bütün SSRİ-də olduğu kimi, Azərbaycanın əmanətbankında da minlərlə vətəndaşın milyonlarla pulu batıb.

Müstəqillikdən sonrakı manat

Azərbaycanlılar əsl milli manatı bir də XX əsrin sonunda - müstəqillik əldə etdikdən sonra gördülər.

Hazırda istifadə etdiyimiz müstəqil Azərbaycan Respublikasının manatı 1992-ci ilin avqustun 15-də dövriyyəyə buraxılıb. O zaman ilk dəfə dövriyyəyə 1 və 10 manatlıqlar, eləcə də o vaxtın məzənnəsi ilə böyük sərvət sayılan 250 manatlıqlar buraxıldı.

Onlarla yanaşı, 1992-ci ilin noyabrında 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrında 5 manatlıq əskinas, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manat nominallı kağız əskinaslar dövriyyəyə buraxıldı. Həmin pullar Azərbaycan hökumətinin sifarişi ilə Fransa Mərkəzi Bankı tərəfindən çap edilmişdi. 500 manatlığın üzərində dahi mütəfəkkir Nizami Gəncəvinin, 1000 manatlığın üzərində isə AXS-nin qurucusu Məhəmməd Əmin Rəsulzadənin şəkli vardı.

«Manatdan başqası qadağandır»

Amma həmin vaxt manatla paralel olaraq dövriyyədə sovet rublları da vardı və 1992-ci ilin avqustundan 1994-cü ilin yanvarınadək manat Azərbaycan ərazisində 1 manat = 10 rubl nisbəti ilə istifadə edilirdi.

Prezident Heydər Əliyevin “Azərbaycan Respublikası milli valyutasının respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında” 11 dekabr 1993-cü il tarixli Fərmanı ilə 1994-cu ildən etibarən manat dövriyyədə yeganə ödəniş vasitəsi oldu. Bununla da Azərbaycan Mərkəzi Bankı müstəqil pul və məzənnə siyasəti həyata keçirmək imkanı əldə etdi ki, bu siyasətin də müsbət nəticələri qısa müddətdə ölkə iqtisadiyyatının inkişafina öz tövhəsini verdi.

Sonradan ölkədə nağd pul dövriyyəsinin nizamlanması, nağd pula olan tələbatın qarşılanması üçün 1994-cü ildə 10 000 manatlıq, 1996-cı ildə isə 50 000 manatlıq əskinaslar çap etdirilərək dövriyyəyə buraxıldı.

“Şirvanşahlar” və “Mömünə Xatun türbəsi”

1994-cü ildə Almaniyada “Giesecke & Devrient” şirkəti tərəfindən istehsal edilən 10 000 manatlığın üzərində “Şirvanşahlar” kompleksinin ümumi görünüşü, 1996-cı ildə buraxılan 50 000 manatlığın üzərində isə Naxçıvandakı “Mömünə Xatun türbəsi”nin əksi vardı.

2001-ci ildə Azərbaycanda 1000 manatlığın fərqli dizaynda yeni  versiyası buraxıldı. “De La Rue” şirkətinin çap etdiyi əskinas Azərbaycanda neftinə həsr edilmişdi.

Ümumikdə, 1992-2005-ci illər ərzində ölkə iqtisadiyyatının nağd pula olan tələbatının ödənilməsi məqsədilə Azərbaycan Milli Bankı tərəfindən 5 trilyon 238 milyard manat həcmində 692,5 milyon ədəd əskinas dövriyyəyə buraxılıb.

«Manatın üzərində 7 nəfərin şəkli olmalıydı»

Manatın ən maraqlı və yaddaqalan dövrü müstəqilliyin ilk illəri olub desək, yanılmarıq. Bu dövr manatı üzərindəki rəsmlərlə adlandırıldığı dönəm kimi yaddaşlarda iz qoydu. Təsvirlərin ideyasının haradan qaynaqlandığı da maraqlıdır. Niyə məhz Nizami Gəncəvi və yaxud Məhəmməd Əmin Rəsulzadənin şəkli? 

Sualın cavabını 1992-ci ildə dövriyyəyə buraxılan manatın eskizlərini hazırlayan xalçaçı rəssam Eldar Mikayılzadənin özündən eşidək: «Azərbaycanın yeni pullarının üzərində işlər 1991-ci ildən, Ayaz Mütəllibovun vaxtından başlanmışdı. Müsabiqə keçirildi və mənim eskizlərim qəbul edildi. O vaxtkı baş nazir Həsən Həsənovun yanına dəvət olundum və ilk manatların hazırlanması mənə həvalə edildi.

Azərbaycan xalqını dünyada tanıdan, ruhunun daşıyıcısı olan xalça sənətidir. Mən də pulların dizaynında xalçaları əsas götürdüm. İlk eskizlər 7 formada işlənmişdi və tamam fərqli idi. Burada Azərbaycanın hər bölgəsinin böyük şəxsiyyətləri, mədəni abidələri, florası, faunası əks olunurdu. Amma sonra bəzi hadisələr baş verdi, ölkədə dəyişiklik oldu. Həmin eskizlər çapa hazır olsa da, proses dayandırıldı. Çap olunmağa bir ay qalmış həmin eskizlər Parisdə tələsik yenidən işlənildi və yeni pullar rəhmətlik prezident Elçibəyin dövründə buraxıldı».

Əskinasların üzərindəki şəxsiyyətlərin seçiminə gəlincə, rəssam deyir ki, bunun üçün hər bölgədən olan tanınmışlar seçilmişdi: «Şəkidən Mirzə Fətəli Axundov,  Qarabağdan Üzeyir Hacıbəyov, Bakıdan, Gəncədən, Şirvandan... Amma sonradan həmin 7 nəfərdən ikisinin üzərində dayandılar: Nizami Gəncəvi və Məmməd Əmin Rəsulzadə. Bu artıq həm siyasi, həm də maliyyə ilə bağlı məsələydi». O vaxt Azərbaycanın maliyyə durumu o qədər yaxşı olmadığından, pul çapı isə bahaa başa gəldiyindən əskinasların üzərindəki portret, naxış və rəng çeşidləri azaldıldı: «Amma keçmiş SSRİ məkanında ilk dəfə biz milli pul buraxdıq. Bu, böyük hadisə idi. Ona görə, bu şeylərə fikir vermirdik, deyirdik ki, portret azaldı, rəng azaldı, eybi yox, təki pul çıxsın. Amma bu ikisi də böyük şəxsiyyət idi. Biri dövlətçilik, o biri ruhaniyyat rəmzi idi, ona görə M.Ə.Rəsulzadə ilə Nizami Gəncəvinin şəkilləri qaldı».

Yeri gəlmişkən, ilk variantda 1000 manatlığın üzərində Nizami Gəncəvinin, 500 manatlıqda isə Məmməd Əmin Rəsulzadənin şəkli olmalı imiş, amma vəziyyət dəyişib: «Parisdə idim, mənə zəng vurdular ki, geri qayıt. Dedilər ki, niyə Rəsulzadə 500 manatlığın üstündədir, axı o dövlətçilik baxımdan daha böyük adamdır. Mən dedim ki, şəxsiyyət nə qədər böyük olursa, rəsmini də o qədər kiçik pula həkk edirlər. Məsələn, Corc Vaşinqton kimi - 1 dollar 1 milyon buraxılır, 100 dollar min dənə. Razılşmadılar, dedilər ki, Rəsulzadənin şəkli 1000 manatda olmalıdır. Biz də dəyişdik…».

Amma manatın üzərində heç kimi diqqət yetirmədiyi dəyişiklik də olub. E.Mikayılzadə deyir ki, pulun üzərindəki gerbin şəklini dəyişib: «İlk variantda gerbin içində alov şəkli, mən alovun yerinə Allah yazdım. Heç kim bilmirdi, biz də demədik. Bir nəfərə dedim, o da dedi ki, səsə salma. Çünki Ali Sovetin hamısı kommunistlər idi, başım ağrıyardı. O formada təsadüfən keçdi. İndi də çox adam bilmir ki, orda Allah yazılıb...».

Ən yeni milli pul - AZN

AZM nişanı ilə tanınan köhnə nominallı pul nişanları 2006-cı ilin sonuna qədər dövriyyədə oldu. Onları Azərbaycanın yeni dövrünün simvolu olan və AZN-lə ifadə olunan yeni manatlar əvəzlədi.

2005-ci ilin fevralında prezident İlham Əliyev Azərbaycanda pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi, yəni denominasiyası haqqında fərman imzaladı. Fərmana əsasən, 2006-cı il yanvarın 1-dən etibarən yeni manata keçidlə əlaqədar 1 yeni manat (AZN) 5000 köhnə manata (AZM-ə) bərabər tutuldu. Qeyd etmək yerinə düşər ki, həmin vaxt Azərbaycanda 1 dollar 4800 manat idi. Amma denominasiya nəticəsində 1 AZN dollardan da bahalı bir valyutaya çevrildi. Həmin vaxt dövriyyəyə 1, 5, 10, 20, 50, 100 manatlıqlar və 1, 3, 5, 10, 20, 50 qəpikliklər buraxıldı.

Manatın dizayneri avronun müəllifi oldu

Azərbaycanın yeni əskinas və sikkələri vahid konsepsiya əsasında hazırlanmışdı. Bunun üçün elan edilən müsabiqədə Avstriyanın “OeBS” şirkətinin dizayneri, avronun dizaynının müəllifi Robert Kalinanın hazırladığı eskizlər qalib seçilib.Yeni nəsil pul nişanlarının texniki parametrləri isə İsveçrə Milli Bankının texniki dəstəyi ilə hazırlanıb.

AZM və AZN-in 1 il ərzində – 2006-cı ildə birlikdə dövriyyədə oldu, 2007-ci il yanvarın 1-dən isə tam şəkildə yeni manata keçid edildi. Lakin AZM-lərin AZN-lərə dəyişdirilməsi prosesinə heç bir məhdudiyyət qoyulmadı və hazırda da bu proses xırda həcmdə olsa da davam etməkdədir.

200 manatlıqlar

2018-ci ilin mayında isə Azərbaycanda 200 manatlıq əskinaslar buraxılıb. Məhdud sayda dövriyyəyə buraxılması nəzərdə tutulan 200-lüklər Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibəti ilə dövriyyəyə buraxılıb.

Banner
Banner
  • Manat. şəkli
  • dövriyyə
Paylaş

Digər xəbərlər

Yelo Bank kəndlərdə futbolun inkişafına - DƏSTƏK OLUR!
Bank 29 Mart 2023
Yelo Bank kəndlərdə futbolun inkişafına - DƏSTƏK OLUR!
AccessBank tender - ELAN EDİR
Bank 29 Mart 2023
AccessBank tender - ELAN EDİR
“ASAN xidmət” ödənişlərini ABB mobile ilə - NÖVBƏSİZ ÖDƏ!
Bank 28 Mart 2023
“ASAN xidmət” ödənişlərini ABB mobile ilə - NÖVBƏSİZ ÖDƏ!
Sahibkarlara 5% ilə xammal krediti - "EXPRESSBANK"DA
Bank 28 Mart 2023
Sahibkarlara 5% ilə xammal krediti - "EXPRESSBANK"DA
Yelo Bank Microfinance Centre-ə üzv - İLK AZƏRBAYCAN BANKI OLDU
Bank 27 Mart 2023
Yelo Bank Microfinance Centre-ə üzv - İLK AZƏRBAYCAN BANKI OLDU
“Dəmirbank”ın balansındakı “BMW 760” təkrar - HƏRRACA ÇIXARILIR
Bank 27 Mart 2023
“Dəmirbank”ın balansındakı “BMW 760” təkrar - HƏRRACA ÇIXARILIR
Bu il Azərbaycanda iki bankın ləğv prosesinin yekunlaşması gözlənilir
Bank 27 Mart 2023
Bu il Azərbaycanda iki bankın ləğv prosesinin yekunlaşması gözlənilir
Avropa bankının böhranına səbəb olan şəxs - İSTEFA VERDİ
Bank 27 Mart 2023
Avropa bankının böhranına səbəb olan şəxs - İSTEFA VERDİ
"Bank BTB"nin sədri vəzifəsindən uzaqlaşdı - BANKDA YERDƏYİŞMƏLƏR
Bank 27 Mart 2023
"Bank BTB"nin sədri vəzifəsindən uzaqlaşdı - BANKDA YERDƏYİŞMƏLƏR
Azərbaycanda banka məxsus fərdi yaşayış evləri satışa çıxarılır – QİYMƏTLƏR
Bank 25 Mart 2023
Azərbaycanda banka məxsus fərdi yaşayış evləri satışa çıxarılır – QİYMƏTLƏR
Azərbaycan bankları da bu siyahıdadır – REGİONUN ƏN ETİBARLI 50 BANKI – TAM SİYAHI
Bank 24 Mart 2023
Azərbaycan bankları da bu siyahıdadır – REGİONUN ƏN ETİBARLI 50 BANKI – TAM SİYAHI
Azərbaycanın ən böyük bankı - ABB – ƏN ETİBARLI BANKLARIN SİYAHISINDA 
Bank 24 Mart 2023
Azərbaycanın ən böyük bankı - ABB – ƏN ETİBARLI BANKLARIN SİYAHISINDA 
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • Yeni qərardan sonra xaricdən gətirilən avtomobillər – NƏ QƏDƏR BAHALAŞACAQ – HESABLAMA  
    23:26 29 Mart 2023
  • Xaricdən gətirilən işlənmiş avtomobillərlə bağlı  - YENİ QADAĞA - HÖKUMƏTDƏN QƏRAR
    20:53 29 Mart 2023
  • "Providence Doytch Limited" işçilər axtarır - MAAŞ 500-1000-1200-1500-2000-2500 MANAT - VAKANSİYALAR
    20:41 29 Mart 2023
  • "AccessBank" işçilər axtarır - VAKANSİYALAR
    20:31 29 Mart 2023
  • "Mazarina Trade Company" işçilər axtarır - MAAŞ 500-800-3000-4000 MAMAT - VAKANSİYALAR
    20:24 29 Mart 2023
  • "PASHA Bank" işçilər axtarır - VAKANSİYALAR
    20:18 29 Mart 2023
  • "Azersun Holding" işçilər axtarır - VAKANSİYALAR
    20:13 29 Mart 2023
  • SOCAR-da yaradılan yeni qurum işçi axtarır - VAKANSİYA
    20:10 29 Mart 2023
  • Azərbaycan şirkəti icraçı direktor axtarır - MAAŞ 4000-5000 MANAT- VAKANSİYA
    20:07 29 Mart 2023
  • "Bravo" işçilər axtarır - VAKANSİYALAR
    20:03 29 Mart 2023
  • Suvarma suyundan istifadəyə nəzarət artırılır – TAPŞIRIQLAR VERİLDİ, RAYONDA GENİŞ TOPLANTI
    18:39 29 Mart 2023
  • Səhiyyə işçiləri də güzəştli ipoteka krediti və sosial mənzil - ALA BİLƏR
    18:27 29 Mart 2023
  • Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
    18:08 29 Mart 2023
  • İsraildə Azərbaycan səfirliyinin - AÇILIŞI OLDU
    18:02 29 Mart 2023
  • 2023-2025-ci illər üçün Baş Kollektiv Saziş bağlanılıb
    17:58 29 Mart 2023
  • Qazprombank dünya mərkəzi banklarında əsas faiz dərəcələrinin artmasının Azərbaycan iqtisadiyyatına təsirindən danışıb
    17:53 29 Mart 2023
  • Bakıda əhali ərzaq, içki və tütün məhsullarına 3 milyard manata yaxın - PUL XƏRCLƏYİB
    17:48 29 Mart 2023
  • Piyadaların və sürücülərin - DİQQƏTİNƏ!
    17:32 29 Mart 2023
  • Hava ilə bağlı Xəzər dənizindəki gəmilərə - XƏBƏRDARLIQ EDİLDİ
    17:25 29 Mart 2023
  • "Bakı Fond Birjası"nda qeyri-ticarət saatları - MÜƏYYƏN EDİLİB
    17:22 29 Mart 2023
  • Bakıda restoranların dövriyyəsi - 30 FAİZ ARTIB
    17:16 29 Mart 2023
  • “Nar” ardıcıl 4 ildir, Müştəri Loyallığı İndeksində - LİDERDİR
    17:13 29 Mart 2023
  • "İntellekt" liseyinin direktoruna şiddətli töhmət verilib - Müavin işdən çıxarılıb
    17:11 29 Mart 2023
  • Bakıda orta aylıq əməkhaqqı 1087 manat olub - RƏSMİ
    17:06 29 Mart 2023
  • Mədət Quliyev: “Azərbaycan ABŞ-a silah-sursat satır”
    16:57 29 Mart 2023
  • “Uğur” dönər evi bağlandı - QANUNSUZ İŞLƏYİRMİŞ
    16:53 29 Mart 2023
  • Azərbaycanda bu sığorta növü üzrə ödənişlər 4 dəfə artıb
    16:51 29 Mart 2023
  • Nazir: "Azərbaycan İsraillə birlikdə pilotsuz uçuş aparatı istehsal edir"
    16:50 29 Mart 2023
  • Növbəti üç gündə Bakıda intensiv yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
    16:41 29 Mart 2023
  • Yoluxanların bu günə olan - SAYI AÇIQLANDI - 3 NƏFƏR VƏFAT ETDİ
    16:39 29 Mart 2023
  • Maliyyə Nazirliyində - YENİ TƏYİNAT
    16:36 29 Mart 2023
  • Avtomobillərin icbari sığortası üzrə zərər azalıb – AMMA VƏZİYYƏT TEZLİKLƏ DƏYİŞƏCƏK
    16:33 29 Mart 2023
  • Azərbaycan Formula-1 turistləri üçün - VİZA ŞƏRTLƏRİNİ SADƏLƏŞDİRDİ - SƏRƏNCAM
    16:26 29 Mart 2023
  • İlham Əliyev Fazil Mustafaya sui-qəsd cəhdini nəzarətə götürüb - PREZİDENTİN KÖMƏKÇİSİ DEPUTATLA GÖRÜŞDÜ
    16:20 29 Mart 2023
  • “Xırdalan” əmtəə nişanından qanunsuz istifadə halları - AŞKAR EDİLDİ
    16:14 29 Mart 2023
  • Şirkətlər üçün ən sərfəli sığorta növü – YIĞIMLARI KƏSKİN ARTIB
    16:11 29 Mart 2023
  • Yelo Bank kəndlərdə futbolun inkişafına - DƏSTƏK OLUR!
    16:08 29 Mart 2023
  • Azərbaycandan tranzit keçən avtomobillərdən yol vergisi alınacaq - MƏBLƏĞLƏR
    16:02 29 Mart 2023
  • Pepsi loqosunu yenilədi - FOTO - VİDEO
    15:56 29 Mart 2023
  • Qanunsuz tikilən fərdi evlərə - QAZ, SU, İŞIQ VERİLMƏYƏCƏK - YENİ QANUNLAR
    15:47 29 Mart 2023
  • Mərkəzi Univermağın sahibi - VƏFAT ETDİ
    15:25 29 Mart 2023
  • FHN hava ilə bağlı əhaliyə - MÜRACİƏT ETDİ
    15:20 29 Mart 2023
  • Dövlət qurumu bina icarəsi üçün fiziki şəxsə 348 min manat ödəyəcək - TENDER NƏTİCƏSİ
    15:14 29 Mart 2023
  • 3000-dən çox müəllimin maaşına - 35 FAİZ ƏLAVƏ OLUB
    15:11 29 Mart 2023
  • ABŞ və Yaponiyaya məhsul ixrac edən sahibkar qadın: «Cəmi 120 kvadratmetrdə qorxa-qorxa istehsala başladıq» -  VİDEO
    15:05 29 Mart 2023
  • Naxçıvan da kartla işləməyə başladı - NAĞDSIZ TİCARƏT 2,7 DƏFƏ ARTDI
    15:02 29 Mart 2023
  • Azərbaycanda 88 dövlət əmlakı hərraca çıxarılacaq - SİYAHI
    14:57 29 Mart 2023
  • Əli Əsədov Rusiya Prezidenti yanında sahibkarların hüquqlarının müdafiəsi üzrə - MÜVƏKKİL İLƏ GÖRÜŞDÜ
    14:53 29 Mart 2023
  • AvtoVAZ Sankt-Peterburqdakı zavodda Lada istehsalına başlayacağını - ELAN ETDİ
    14:49 29 Mart 2023
  • Bakı Şəhər Heyvanat Parkı - TENDER ELAN EDİR
    14:46 29 Mart 2023
  • “Evrostroy” Azərbaycan bazarına çıxmaqda maraqlıdır
    14:42 29 Mart 2023
  • "Bakinşaat Group" şirkəti - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    14:36 29 Mart 2023
  • “Air Moldova” Kişineu-Bakı istiqamətində - BİRBAŞA REYS AÇIB
    14:36 29 Mart 2023
  • "Araz Supermarket" - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    14:29 29 Mart 2023
  • “Bizdə dərman Türkiyədən ucuzdur” dedi - Komitə sədri etiraz etdi
    14:20 29 Mart 2023
  • Oğuz Suvarma Sistemləri İdarəsi - TENDER ELAN EDİR
    14:18 29 Mart 2023
  • Həbsdə olan sabiq icra başçısının - CƏZASI AZALDILIB
    14:14 29 Mart 2023
  • "Fazil Mustafanın müalicəsi davam edir, həkim müşahidəsi altındadır" - RƏSMİ
    14:10 29 Mart 2023
  • "ASK Poliqrafiya" MMC "CTS-Agro"nu - MƏHKƏMƏYƏ VERİB
    14:09 29 Mart 2023
  • Prezident avtomobil yolunun tikintisinə 7,8 milyon manat ayırdı - SƏRƏNCAM
    14:06 29 Mart 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!