Bu ilin yanvar ayının yekununda Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 72,4 bənd təşkil edib.
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ilin əvvəli ilə müqayisədə 0,2 bənd az, ötən ilin yanvar ayının yekununa nisbətən isə 7,9 bənd çoxdur.
Bu il fevralın 1-nə manatı real effektiv məzənnəsi isə 99,4 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 0,1 bənd, illik müqayisədə isə 7,2 bənd azdır.
Eləcə də bax: BVF: Azərbaycanın bank sektorunda rəqabət zəifdir