Azərbaycanda banklara manatda yatırılan depozitlər artıb.
FED.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu ilin yanvar – iyul aylarında Azərbaycanda banklara manatda yatırılan depozitlər 7555,4 mln manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 26.97% çoxdur.
Xarici valyutada yatırılan depozitlər isə 9455,7 mln manat olub ki, bu da ötən ilin 7 ayı ilə müqayisədə 9% çoxdur.