“Bugünə Dövlət Neft Fondunun 800 milyon dollar satılmayan vəsaiti var. Əgər bu vəsait bazara çıxsaydı manatın məzənnəsi xeyli möhkəmələnərdi”.
FED.az-ın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
“Manat revalvasiya təzyiqi altındadır (bahalaşma təzyiqi). Mərkəzi Bank Manatın bahalaşmasını istəmir, onun bəzi mənfi tərəfləri var. Bu gün biz sabit məzənnə rejimindəyik. Gələcəkdə üzən məzənnə rejiminə keçmək üzərində çalışııq”.
Elman Rüstəmov bildirib ki, Mərkəzi Bank həəraclarda vəsait almır: “Dövlət Neft Fondu müəyyən edilmiş qrafiklə valyuta satıb dövlət büdcəsinə köçürməlidir. Hələlik büdcə digər gəlirlər hesabına icra edilir”.