Azərbaycanda maliyyə və sığorta sektorunda çalışanların orta yalıq əməkhhaqı azalıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 1 avqust 2019-cu il tarixinə bu sahədə özel sektorda çalışanların maaşları 1%-dan bir az çox azalaraq 1 692 manat, dövlət sektorunda çalışanların orta aylıq əməkhhaqı isə 0.7% azalaraq 1 656 manat olub.
Məlumata görə 2019-cu ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 8,4 faiz artaraq 587,7 manat təşkil etmişdir. Əməkhaqqı neft-qaz sektorunda 3101,6 manat, qeyri neft-qaz sektorunda 530,7 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 482,5 manat, özəl müəssisələrdə isə 724,1 manat olub.