2019-cu ilin sentyabr ayının sonunda Azərbaycanda cəmi ödəniş kartlarının sayı 7 milyon 267 min ədəd təşkil edib.
FED.az Banker.az-a istinadən bu barədə Mərkəzi Bankın statistikasına istinadən xəbər verir.
Eləcə də bax: Maaş kartlarının sayı 221 min ədəd artıb - SON RƏQƏMLƏR
Avqust ayının sonu ilə müqayisədə sentyabrda cəmi ödəniş kartlarının sayı 58 min ədəd artıb.
2019-cu ilin sentyabr ayında ötən ayla müqayisədə sosial kartların sayı 39 min ədəd azalaraq 2 milyon 654 min ədədə, əməkhaqqı kartlarının sayı 30 min ədəd artaraq 2 milyon 212 min ədədə, əməkhaqqı və sosial kart olmayan digər debet kartlarının sayı 75 min ədəd artaraq 1 milyon 638 min ədədə çatıb, kredit kartlarının sayı isə 8 min ədəd azalaraq 763 min ədədə düşüb.