Azərbaycanda «Lombardlar haqqında» yeni qanunun qəbul edilməsinin səbəbi bu sahədəki boşluqlar və əhalinin şikayətləri olub. Bu barədə FED.az-a millət vəkili, Milli Məclisin İqtisadi siyasət və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib. V.Əhmədov deyir ki, lombardlar ölkənin maliyyə sistemində özünəməxsus paya malikdir. Belə ki, ölkədə təqribən 10 min lombard var, onlaran 200 min nəfər kredit götürüb: «Azərbaycanda lombard şəbəkəsi kifayət qədər böyükdür. Bizim aldığımız məlumata görə, ölkədə təxminən 10 minə yaxın lombard var, onların 150-200 min nəfər müştərisi var və təxminən 250 milyon manata yaxın kredit dövriyyəsi mövcuddur».
Bununla yanaşı, indiyədək bu sahə, yəni lombardlardakı bəzi hallarla bağlı ciddi şikayətlər vardı. Bunlar əsasən əmlakın qiymətləndirilməsinə aid idi. Lombardlar girov kim təklif olunan əmlakları həddən artıq aşağı qiymətləndirir və ona uyğun kredit verirdilər: «Əsas şikayətlər əhalinin ora verdiyi əşyaların və əmlakın qiymətinn düzgün qoyulması ilə bağlı idi. Çünki qiymətlər düzgün qoyulmur, insanları aldadırlar. Gətirirsən 20 min manatlıq mal qoyursan, deyir, qiyməti 2 min manatdır, sənə 2 min manat kredit verirlər və sair».
Bu problemlərin həlli və lombard sektorunun daha düzgün tənzimlənməsi üçün prezident İlham Əliyev tərəfindən qanun layihəsi Milli Məclisə göndərilib. Yeni qanunun qəbulunda əsas məqsədlərdən biri əhali ilə lombardlar arasında münasibətlərin düzgün qurulmasıdır:
«Lombardlar bundan sonra işləmək üçün liseneziya da alacaq. Onların hesabaı üçotu, müəyfən məsələlər öz həllini tapmalıdır ki, bu maliyyə bazarının bir hissəsi olan lombardlar nəzarətdən kənarda qalmasın».
Qanuna görə, bundan sonra lombard fəaliyyəti üçün lisenziya alınacaq, lombardlara girov qoyulan əmlakları lombardlar özləri deyil, müstəqil ekspertər qiymətləndirəcəklər. Həmin əşyalar daha etibarlı saxlanacaq və sığortalanacaq. Eləcə də Lombard və borcalan arasinda borc muqaviləsi də baglanacaq.