Azərbaycanda lombardlar milli valyuta ilə bir ildən artıq olmayan müddətə kredit verə biləcək.
FED.az-ın məlumatına görə, bu barədə yeni hazırlanan "Lombardlar haqqında" qanun layihəsinin 10-cu maddəsində (kredit müqaviləsi) bildirilib.
Eləcə də bax: Bu BOKT-lar lombard krediti verir – QRAMI 51 MANAT
Sənəddə qeyd edilib ki, kredit müqaviləsi bu Qanuna və Mülki Məcəlləyə uyğun olaraq, lombardın girov qoyana girov bileti verməsi ilə rəsmiləşdirilir. Kredit müqaviləsi üzrə öhdəliklərini tam icra edən müştərinin sonradan əşyanı yenidən girov qoyması yeni girov bileti rəsmiləşdirilməklə həyata keçirilir.
Eləcə də bax: «Sələmçilərin yanında banklar mələkdir» - MÜSAHİBƏ
Lombard tərəfindən kreditlər Azərbaycan Respublikasının milli valyutasında on iki aydan artıq olmayan müddətə verilir.
Layihədə həmçinin qeyd edilib ki, lombard tərəfindən təminatsız kredit verilə bilməz.
Yeni Qanun layihəsi birinci oxunuşda Milli Məclisin növbədənkənar xüsusi sessiyasının iyunun 27- i və 28-i keçiriləcək plenar iclaslarında müzakirə ediləcək.