Liviyanın Mərkəzi Bankı qeyri-aidi səbəbdən fəaliyyətini dayandırıb.
FED.az xəbər verir ki, buna səbəb, bankın İT direktorunun oğurlanması olub. Bankın açıqlamasında bildirilir ki, informasiya texnologiyaları departamentinin direktorunun oğurlanması səbəbindən fəaliyyətini müvəqqəti dayandırır.
İdarə rəisi Müsab Müsəllim avqustun 18-də evinin yanında oğurlanıb. Bank bildirir ki, bundan əvvəl də qurumun yüksək vəzifəli işçilərinin oğurlanacağı barədə hədələr daxil olurdu.
Bununla əlaqədar Liviya MƏrkəzi Bankı enlan edib ki, bütün fəaliyyətini dayandırır və idarə rəisi azad olunmayan qədər işə başlamayacaq.