Litva bankı 2022-ci ili sıfıvr mənfəətlə başa vurduğunu açıqlayıb.
FED.az xəbər verir ki, bu barədə bankın açıqlamasında bildirilir.
Litva bankı 1993-cü ildən bəri ilk dəfədir ki, mənfəət əldə edə bilməyib və ilin nətiicəsinə görə, dövlət büdcəsinə ödəniş etməyib.
«2022-ci ildə Litva Bankının maliyyə fəaliyyətinin nəticəsi sıfır avro təşkil edib, ona görə də mənfəətin bölüşdürülməsi nəzərə tutulmur»-deyə bank açıqlayıb.
Məlumatda bildirilir ki, belə vəziyyətin yaranmasının səbəbi Mərkəzi Bank tərəfindən inflüasiya ilə mübarizə üçün faiz dərəcələrinin artırılmasıdır.
Xatırladaq ki, 2021-ci ildə Litva Mərkəzi Bankı 37,99 milyon avro xalis mənfəət əldə etmiş və bundan 20,38 milyon avro dövlət büdcəsinə köçürülmüşdü.