"Bankın ləğv edilməsi Pakistan Milli Bankının mərkəzi ofisinin qərarı ilə olub. Bununla bağlı 2 ay danışıqlar aparılsa da, Bankın Bakıdakı Filialının könüllü ləğvedilməsi qərarına gəlinib".
Eləcə də bax: Azərbaycanda bankın lisenziyası - LƏĞV EDİLDİ
FED.az xəbər verir ki, bu barədə bu gün lisenziyası ləğv edilən Pakistan Milli Bankının Bakı Filialından bildirilib.
Bildirilib ki, Filialın hüquqi şəxslər qarşısında hər hansı öhdəliyi yoxdur, digər müştərilər isə vəsaitlərini istənilən vaxt bankdan çəkə bilərlər. Bankın Bakı Filialının müştərilər qarşısında öhdəliyi hazırda 0,5 milyon manat təşkil edir.
Qeyd edilib ki, Filialın ləğvetmə prosesi bu ilin sonuna kimi yekunlaşacaq. (Apa)