Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv edilmiş 4 bankdakı (Ata Bank, Amrah Bank, AG Bank və NBC Bank) pozuntular ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcək.
Eləcə də bax: «Konstitusiya Məhkəməsinə müraciət edib məsələni vətəndaşların xeyrinə həll edəcəyik»
FED.az xəbər verir ki, bunu keçirilən mətbuat konfransında Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru Tural Piriyev bildirib.
O qeyd edib ki, kreditlərin yanlış verilməməsi ilə bağlı, bank qaydalarına riayət edilməməsi ilə bağlı faktlar aşkar edildikdə Fond tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunur.
Tənzimləyici tərəfindən AG Bank və NBC Banka əmanət qəbulu qadağan edilsə də bu banklar əhalidən müddətli əmanət qəbulunu davam etdiriblər. Fond bu fakt üzrə hər iki bankın rəhbərliyi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəkdir.
“Hüquq-mühafizə orqanlarına müraciət olunacaqdır, mütləq şəkildə müraciət olunacaqdır”,- Tural Piriyev bildirib. (Marla)