Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu “United Credit Bank” ASC qarşısında kredit öhdəliyi olan fiziki və hüquqi şəxslərə müraciət edib.
FED.az-ın xəbərinə görə, müraciətdə bildirilib ki, Bank müştərilərə kredit ödənişini onlara yaxın ərazidə yerləşən “MilliÖN” Ödəmə Sistemi vasitəsilə həyata keçirə bilərlər.
Ödənişin həyata keçirilməsi üçün təlimatı diqqətinizə çatdırırıq:
1. MilliÖn terminalının menusundan "Bank Xidmətləri" seçilir.
2. "Bank Xidmətləri"-nin 3-cü səhifəsindən "ADİF" seçilir.
3. Krediti ödəniləcək şəxsin Şəxsiyyət Vəsiqəsində olan "PİN" kodu daxil edilir.
4. Məlumat təsdiq edilir.
5. Müştərinin krediti olduğu LPO bankların siyahısı əks etdirilir və ödəniş aparılacaq bankın adı seçilir.
6. Seçilmiş Bankda müştərinin bütün kreditləri siyahıda əks etdirilir və müştəri ödəniş etmək istədiyi krediti seçir.
7. Ödəniş ediləcək məbləğ terminala daxil edilərək "irəli" düyməsi seçilir və qəbz terminaldan götürülür.