Sentyabrın 28-də “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Qafqaz İnkişaf Bankı” ASC-nin balansındakı daşınmaz əmlak 3-cü dəfə təkrar açıq hərraca çıxarılacaq. Daşınmaz əmlak Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi 44 ünvanında yerləşən 0,8105 hektar torpaq sahəsidir. Daşınmaz əmlakın ilkin satış qiyməti 2 milyon 550 min manatdır. Hərrac addımı ilkin satış qiymətinin 3 faizi qədərdir.
Ləğv prosesində olan bankların daşınmaz əmlakları - HƏRRACA ÇIXARILIB
Fonddan FED.az-a bildirilib ki, həmin gün, həmçinin “Dəmirbank” ASC-nin balansındakı Abşeron rayonu, Saray qəsəbəsində 0,10 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 387 kvadratmetr olan fərdi yaşayış evi hərraca çıxarılacaq. Daşınmaz əmlakın ilkin satış qiyməti 150 min manatdır.
Sentyabrın 28-də “Atrabank” ASC-nin balansındakı hərraca çıxarılan daşınmaz əmlak Bakı şəhəri, Nəsimi rayonu, Droqalnıy döngəsi, ev 4 ünvanında yerləşən ümumi sahəsi 47,30 kvadratmetr olan 15 saylı mənzildir. Daşınmaz əmlakın ilkin satış qiyməti 60 min manatdır. Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.
Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri.
Ünvan: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesi 27.