Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan müxtəlif banklara aid daşınar və daşınmaz əmlaklar 2025-ci ilin noyabr ayında "Bakı Hərrac Mərkəzi" və "Ekspert Hərrac Mərkəzi"ndə açıq hərraca çıxarılacaq.
FED.az xəbər verir ki, hərraca çıxarılacaq əmlaklar aşağıdakılardır%
1. "Texnikabank" ASC:
19 noyabr 2025, 11:00: Bakı şəhəri, Yasamal rayonu, 7-ci Sallaxana küçəsi, 7 ünvanında yerləşən, ümumi sahəsi 247.92 kv.m olan qeyri-yaşayış sahəsi. İlkin satış qiyməti: 750.000 AZN.
26 noyabr 2025, 11:00:
Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 1212-ci məhəllə, ev 15 ünvanında yerləşən, ümumi sahəsi 426.2 kv.m olan qeyri-yaşayış sahəsi. İlkin satış qiyməti: 3.000.000 AZN.
Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 61 ünvanında yerləşən, ümumi sahəsi 372.30 kv.m olan qeyri-yaşayış sahəsi. İlkin satış qiyməti: 1.100.000 AZN.
Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zaur Mehdiyev küçəsində mülkiyyətində olan 0.02219 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 261 kv.m yaşayış, 332 kv.m qeyri-yaşayış, 107.6 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evi. İlkin satış qiyməti: 1.800.000 AZN.
2. QSC "Bank Standard" KB:
19 noyabr 2025, 11:00: Zaqatala şəhəri, Dədə Qorqud küçəsi 9 ünvanında xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsində yerləşən, 678.5 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası. İlkin satış qiyməti: 400.000 AZN.
26 noyabr 2025, 11:00:
Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsində istifadədə olan 191 nömrəli binanın 1-2-ci mərtəbəsində 227.3 kv.m ümumi, 162.2 kv.m əsas, 65.1 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi. İlkin satış qiyməti: 3.000.000 AZN.
Bakı şəhəri, Nəsimi rayonu, 964-cü məhəllə, Akademik Feyzulla Qasımzadə küçəsi, 9 ünvanında yerləşən, ümumi sahəsi 425.1 kv.m olan qeyri-yaşayış sahəsi. İlkin satış qiyməti: 1.600.000 AZN.
Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 30/ Ş.Bədəlbəyli 94 ünvanında istifadədə olan 0.16758 ha torpaq sahəsində yerləşən binanın zirzəmi və 1-ci mərtəbəsində 756.9 kv.m ümumi, 506 kv.m əsas, 250.9 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi. İlkin satış qiyməti: 4.500.000 AZN.
3. "Zaminbank" ASC:
26 noyabr 2025, 11:00:
Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 145 ünvanında yerləşən 216.30 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi. İlkin satış qiyməti: 491.000 AZN.
Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 145 ünvanında yerləşən 143.40 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi. İlkin satış qiyməti: 326.000 AZN.
Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 145 ünvanında yerləşən 80.30 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi. İlkin satış qiyməti: 190.000 AZN.
Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, 1171-ci məhəllə, ev 25A ünvanında yerləşən, ümumi sahəsi 364.50 kv.m olan qeyri-yaşayış sahəsi. İlkin satış qiyməti: 1.200.000 AZN.
Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 10 ünvanında istifadədə olan 0.0264 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 656 kv.m olan qeyri-yaşayış binası. İlkin satış qiyməti: 1.200.000 AZN.
Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 280 ünvanında 0.02876 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 696.6 kv.m olan qeyri-yaşayış binası. İlkin satış qiyməti: 1.300.000 AZN.
Quba şəhəri, Heydər Əliyev prospekti, 205/1 ünvanında 0.1088 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 3175.1 kv.m olan qeyri-yaşayış binası. İlkin satış qiyməti: 3.960.000 AZN.
Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 1130-cu məhəllə, ev 10а ünvanında yerləşən qeyri-yaşayış sahələrinin və 1, 2, 3, 4, 5, 6, 46, 47, 48, 49, 50, 51 nömrəli mənzillər (1 lot üzrə). İlkin satış qiyməti: 6.600.000 AZN.
4. "AGBank" ASC:
26 noyabr 2025, 11:00: Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 106 ünvanında yerləşən 320 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi. İlkin satış qiyməti: 240.000 AZN.
5. "Dəmirbank" ASC:
26 noyabr 2025, 11:00:
Sumqayıt şəhəri, Sənaye zonası, Metallurq küçəsində istifadədə olan 0.01518 ha torpaq sahəsində yerləşən, 126.5 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası. İlkin satış qiyməti: 260.000 AZN.
Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, 31 ünvanında istifadədə olan 0.14249 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 2247.8 kv.m olan əmlak kompleksi. İlkin satış qiyməti: 5.500.000 AZN.
6. "Muğanbank" ASC:
24 noyabr 2025, 11:00:
"Mercedes-Benz S450" markalı avtomobil (Buraxılış ili: 2018). İlkin satış qiyməti: 68.000 AZN.
"Mercedes-Benz S450" markalı avtomobil (Buraxılış ili: 2019). İlkin satış qiyməti: 68.000 AZN.
7. "Gəncəbank" ASC:
26 noyabr 2025, 11:00: Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 260 ünvanında 0.1843 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 815.8 kv.m olan qeyri-yaşayış binası. İlkin satış qiyməti: 2.000.000 AZN.
8. "Kredobank" ASC:
26 noyabr 2025, 11:00: Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsində ev 1 ünvanında istifadədə olan 0.02018 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 898.2 kv.m olan fərdi yaşayış evi. İlkin satış qiyməti: 3.500.000 AZN.
9. "NBCBank" ASC:
26 noyabr 2025, 11:00: Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küçəsi 27/121 ilə Ə.Əlizadə 31 küçəsinin kəsişməsində istifadədə olan 0.04896 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 1466.3 kv.m olan qeyri-yaşayış binası. İlkin satış qiyməti: 3.500.000 AZN.
10. "Yunayted Kredit Bank" ASC:
26 noyabr 2025, 11:00: Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi, 12-ci kilometrliyi ünvanında icarədə olan 0.15 ha torpaq sahəsinin üzərində yerləşən, ümumi sahəsi 1122.31 kv.m olan əmlak kompleksi kimi müəssisə. İlkin satış qiyməti: 2.500.000 AZN.














