Azərbaycanda ləğv prosesində olan bank şirkəti məhkəməyə verib.
FED.az xəbər verir ki, ləğv prosesində olan “Zaminbank” ASC “Bayblonia”MMC-ni məhkəməyə verib.
Eləcə də bax: "Elə bank var ki, problemli kreditin həcmini etiraf etsə, BAĞLANMALIDIR"
Şirkətin məhkəməyə verilməsinə səbəb isə kredit müqaviləsi üzrə mübahisə olub. Qeyd edək ki, işə baxan hakim Leyla Əliyeva olub. Nəticə olaraq isə aidiyyatı üzrə məhkəməyə verilmədiyindən geri qaytarılıb.
Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən “Zaminbank” ASC-nin bank lisenziyası ləğv edilib.