Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan banklara məxsus 8 əmlakın icarəyə verilməsi ilə bağlı hərrac keçirəcək.
Fonddan verilən məlumata görə, ləğv prosesində olan "Texnikabank" ASC-yə və “Bank of Azerbaijan” ASC-yə məxsus avtomobillərin icarəyə verilməsi ilə bağlı hərrac mayın 16-da keçiriləcək.
Bundan başqa, mayın 16-da ləğv prosesində olan “Texnikabank” ASC-yə məxsus 2 ofis və bir qeyri-yaşayış sahəsi, “Yunayted Kredit Bank” ASC-yə məxsus ticarət obyekti, QSC “Bank Standard” KB-yə və “Dəmirbank” ASC-yə məxsus qeyri-yaşayış sahələrinin icarəyə verilməsi ilə bağlı hərrac keçiriləcək.