Fevralın 9-da "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Texnikabank” ASC-nin və “Bank Standard” QSC-nin, fevralın 16-da “Atabank” ASC-nin, fevralın 21-də isə “Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanı”da “Dəmirbank” ASC-nin və Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) daşınmaz və daşınar əmlaklarının satışı üzrə açıq hərrac keçiriləcək.
Bağlanan bankın daşınmaz əmlakı 390 min manata - HƏRRACA ÇIXARILIR
FED.az xəbər verir ki, bu barədə bankın ləğvedicisi - ADIF məlumat yayıb.
Bildirilir ki, söhbət “Texnikabank”a məxsus Gəncə şəhəri, Nizami rayonu, M.Abbas Abbaszadə küçəsi, 72 ünvanında yerləşən 179,5 kv.metrlik qeyri-yaşayış sahəsindən, “Bank Standard”a məxsus Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 56A ünvanında yerləşən 143,2 kv.metrlik qeyri-yaşayış sahəsindən, “Atabank”a məxsus Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən 2,14 hektar torpaq sahəsindən, “Dəmirbank”a məxsus “BMW 760 LI” nəqliyyat vasitəsindən və ADIF-a məxsus “Toyota Camry” nəqliyyat vasitəsindən gedir.
Əmlaklara müvafiq olaraq 390 min manat, 300 min manat, 150 min manat, 50 min manat və 13 min manat qiymət qoyulub.
Xatırladaq ki, “Texnikabank” ASC-nin lisenziyası 2016-cı il fevralın 10-dan, “Bank Standard” ASC-nin lisenziyası 2016-cı il oktyabrın 1-dən, "Atabank" ASC-nin lisenziyası isə 2020-ci il aprelin 27-dən, “Dəmirbank” ASC-nin isə 2017-ci il dekabrın 23-dən ləğv edilib.