Martın 9-da "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “AG Bank”, “Amrahbank” və “Gəncəbank” ASC-lərin daşınmaz əmlaklarının satışı üzrə açıq hərrac keçiriləcək.
Azərbaycanda banka məxsus fərdi yaşayış evləri satışa çıxarılır – QİYMƏTLƏR
FED.az xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.
Bildirilir ki, söhbət “AG Bank”a məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Viktor Seryogin küçəsi, 1 ünvanında yerləşən 453,2 kv.metrlik fərdi yaşayış sahəsindən, “Amrahbank”a məxsus Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 46 ünvanında yerləşən 38,9 kv.metrlik mənzildən, eləcə də “Gəncəbank”a məxsus Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 254 ünvanında yerləşən 72 kv.metrlik mənzildən gedir.
Əmlaklara müvafiq olaraq 220 min manat, 50 min manat və 180 min manat qiymət qoyulub.