“Ziraat Bank Azərbaycan”ın rəhbərliyində ciddi dəyişiklik baş verib. Bankın Müşahidə Şurasının sədri Hüseyn Aydını Ömer M. Baktır əvəzləyib.
Müşahidə Şurasının sədr müavini Muharrem Karslının yerinə isə Bilgehan Kuru təyin edilib.
Müşahidə Şurasının digər üzvləri olan Yusuf Dağcan Halit Bahattin və Burhaneddin Tanyeri də vəzifəsi ilə vidalaşmalı olub. Dəyişikliyə əsasən Ayçe Çule Gürleyik və Taha Çakmak Şuraya yeni üzv təyin olunub.