FED.az xəbər verir ki, “Ziraat Bank Azərbaycan” ASC İT departamentinin Texniki Dəstək şöbəsinə işçi axtarır.
Vəzifəyə olan tələblər:
-
Texniki ali təhsil;
-
Şəbəkə texnologiyaları üzrə biliklər;
-
Virtual sistemlər: VMware Vcenter, ESXi üzrə işləmək bacarığı;
-
Microsoft texnologiyaları: Windows 7-8.1, Windows Server 2003/2008/2012 üzrə işləmək bacarığı;
-
Terminal Server, MS Active Directory, DNS, DHC, TMG, GP, WSUS, Mail üzrə işləmək bacarığı;
-
Ehtiyyat nüsxəsinin yaradılması: Symantec, Veeam Backup&Replication, Acronis üzrə işləmək bacarığı;
-
Antivirus sistemləri ilə işləmək bacarığı;
-
İnformasiya təhlükəsizliyi üzrə biliklər;
-
Rus və ingilis dili bilikləri arzuolunandır;
-
Müvafiq sahə üzrə 3 il təcrübə.
Əsas vəzifələr:
-
Şəbəkə xidmətinin daim işlək vəziyyətdə olmasının təmin edilməsi;
-
Mərkəzləşdirilmiş şəbəkə avadanlıqları, təhlükəsizlik, əməliyyat, səsli və informasiya kommunikasiyaları sistemlərinin dəstəklənməsi;
-
Şəbəkəyə qoşulmuş kompüterlərin, məlumat bazasının təhlükəsizliyinin və daim işlək vəziyyətdə saxlanılmasının təmin edilməsi;
-
Elektron poçt ünvanlarının işlək vəziyyətdə olmasının təmin edilməsi;
-
Bankın struktur bölmələrinin idarəedici, məlumatlandırma və texnologiyalara dair xidmətlərlə təmin edilməsi;
-
Məlumatların təhlükəsizliyi və saxlanılmasının təmin edilməsi;
-
Məlumatların elektron arxivləşdirilməsi işinin təşkil edilməsi;
-
Server avadanlıqlarının administrasiyası və texniki dəstəklənməsi;
-
Virtual sistemlərin administrasiyası və texniki dəstəklənməsi;
-
Ehtiyyat nüsxələrinin yaradılması sistemlərinin administrasiyası;
-
Proqram təminatının monitorinqlərinin aparılması;
-
Sistem problemlərinin həlli və diaqnostikası;
-
Avadanlıqların quraşdırılması və sazlanması;
-
Dəyişikliklərin sənədləşdirilməsi.
Maaş: 1000 AZN – 1300 AZN
Göstərilən tələblərə cavab verən namizədlər Noyabr ayının 5-dək öz CV formalarını[email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində TEXNİKİ DƏSTƏK qeyd etməyiniz vacibdir.