«ZiraatBank Azərbaycan» bu ilin yanvar-sentyabr ayları üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.
FED.az bankın rəsmi hesabatına əsasən məlumat verir ki, bu ilin 9 ay ərzində “ZiraatBank Azərbaycan”ın faiz gəlirləri ötən ilin sonuna olan göstəriciləri ilə müqayisədə 2,1% artaraq 8,3 mln. manat, faiz xərcləri 49,5% artaraq 2,3 mln. manat, qeyri-faiz gəliri 49,1% azalaraq 3 mln. manat, qeyri-faiz xərcləri 1,8% artaraq 4,4 mln. manat təşkil edib.
Oktyabrın 1-nə bankın aktivləri 167,8 mln. manat olub ki, bu da ilin sonu ilə müqayisədə 26,9% çoxdur. Bunun 70,2 mln. manatı müştərilərə verilmiş kreditlərdir. Son 9 ayda bankın kredit portfelində 28,4% artım müşahidə olunub.
Kreditlərin 56%-i ticarət və xidmət sahələrinə, 12%-i tikinti sektoruna,10 %-i kənd təsərrüfatına və 16%-i isə digər sahələrə ayrılıb.
Hesabat tarixinə bankın ümumi öhdəlikləri 44,7% artaraq 103,5 mln. manat təşkil edib ki, bunun da 61,2 mln. manatı müştərilərdən alınmış depozitlərdir. Həmçinin son 9 ayda bankın depozit portfelində 61,5% artım müşahidə olunub. Depozit portfelinin strukturunda fiziki şəxslərin əmanətlərinin payı 67%, hüquqi şəxslərin əmanətlərinin payı isə 33% təşkil edib.
Cari ilin sonuna olan göstərici ilə müqayisədə bankın kapitalı 6% artaraq 64,2 mln. manat təşkil edib.
“Ziraat Bank Azərbaycan” bu ilin 9 ayını 3,2 mln. manat xalis mənfəətlə başa vurub
14:56
2 Noy 2017