“Ziraat Bank (Azerbaijan)” ASC-də Müşahidə Şurasının (MŞ) sədr müavini vəzifəsi ləğv edilib.
FED.az xəbər verir ki, indiyə qədər bu vəzifəni tutan Nurullah Bakır bundan sonra MŞ-nın üzvü kimi fəaliyyət göstərəcək.
Xatırladaq ki, "Ziraat Bank (Azerbaijan)" ASC 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bankın səhmlərinin 99,98%-i Türkiyənin "Ziraat Bank"ına, 0,01%-i "Ziraat Sıgorta" şirkətinə, 0,01%-i isə "Ziraat Yatırım Menkul Değerler" şirkətinə məxsusdur.