Yaxın vaxtlarda “Zıraat Bank (Azerbaijan)” ASC-nin Bakı şəhərində 1, regionlarda isə 3 yeni filialı açılacaq.
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin “Zıraat Bankası”nın baş direktoru, qonşu ölkənin Banklar Assosiasiyasının prezidenti Hüseyn Aydın deyib. O bildirib ki, hazırda bankın Azərbaycanda 2 şöbəsi fəaliyyət göstərir. Daha 3 şöbənin isə açılması nəzərdə tutulub. Bu şöbələr sənaye parklarının olduğu bölgələrdə açılacaq.