“Yapı Kredi Bank Azərbaycan” 2016-cı ilin 9 ayını 5 milyon 258 min manat zərər ilə başa vurub. Zərərin yaranmasının əsas səbəbi Bankın gəlirlərinin böyük hissəsini xalis mənfəət kimi götürülməkdənsə, ehtiyatın yaradılmasına yönəldilməsidir.
“Yapı Kredi Bank Azərbaycan”nın maliyyə hesabatlarında bildirlir ki, yanvar-sentyabr aylarında Bankın cəmi gəlirləri 43 milyon 684 min manat, o cümlədən faiz gəlirləri 25 milyon 82 min manat, qeyri-faiz gəlirləri 18 milyon 602 min manat təşkil edib.
Ötən ilin anoloji dövrü ilə müqayisədə Bankın cəmi gəlirləri təxminən 14% artıb. “Yapı Kredi Bank Azərbaycan” ötən ilin 9 ayında təxminən 37 milyon manat cəmi gəlir əldə etmişdi.
Bu ilin 9 ayında “Yapı Kredi Bank Azərbaycan”ın cəmi xərcləri 30 milyon 665 min manat təşkil edib. Bank hesabat dövrünü 13 milyon 18 min manat xalis əməliyyat mənfəəti ilə başa vurub. Aktivlər üzrə yaradılmış ehtiyyat xərcləri 18 milyon 792 min manat təşkil etdiyindən əməliyyat mənfəəti tamamilə silinmiş və Bankın 5 milyon 258 min manat zərəri yaranmışdır.