“Yapı Kredi Bank Azərbaycan” 2017-ci ilin maliyyə nəticələrini açıqlayıb.
Fed.az xəbər verir ki,, ötən il 10,1 mln. manat xalis mənfəət əldə edən bank, eyni zamanda məcmu kapitalını da 64 mln. manata çatdırıb.
2017-ci ildə bankın depozit müştərilərinin sayı 17% artıb. 2016-cı ilin sonu ilə müqayisədə ötən il bankın yüksək likvidli aktivləri də 18% artaraq 298,1 mln. manata çatıb.
2017-ci ildə görülən işlərlə bağlı şərh verən “Yapı Kredi Bank Azərbaycan”ın İdarə Heyətinin sədri Cenk Yüksel 2017-ci ilin bank üçün fürsətlərlə dolu bir il oldğunu dilə gətirib: “Müştərilərimizin sayının artması və hər bir müştəriyə fərdi yanaşmaq üçün əlimizdən gələni etdik. Yeni məhsullar təqdim etdik, müxtəlif kampaniyalar hazırladıq. Bu isə müştəri sayının ciddi şəkildə artmasına gətirib çıxardı. 2018-ci ildə də inkişaf edən iqtisadiyyatımızda yeni uğurlar qazanmağı hədəfləyirik”.