“Xalq Bank” ASC-nin Müşahidə Şurasında (MŞ) dəyişiklik olub.
Məlumata görə, "Xalq Bank"ın səhmdarların ümumi yığıncağının qərarına əsasən, Bankın İdarə Heyəti (İH) sədrinin müavinləri Xəzər Bağırlı və Yaşar Nağıyev MŞ-nın üzvləri seçiliblər. Onlar yeni vəzifələrində strateji inkişaf məsələləri ilə məşğul olacaqlar.
Bundan başqa, "Xalq Bank"ın İH-də I müavin vəzifəsinə Bankın kredit idarəsinin rəisi Kamran Məcidov, müavin vəzifələrinə isə biznesin inkişafı idarəsinin rəisi Nigar Biləndərli, xəzinədarlıq idarəsinin rəisi Natella Şahverdiyeva və “Mərkəz” filialının direktoru Elnur Məmmədli təyin ediliblər. Həmçinin "Xalq Bank"ın hüquq idarəsinin rəisi Röyam Hüseynzadə, filiallarla iş idarəsinin rəisi Kərim Quliyev, hesablaşmalar idarəsinin rəisi Nazim İbrahimov və risklərin idarə edilməsi idarəsinin rəisi Nəbi Nəbiyev də İH-nin üzvləri seçiliblər.
Xatırladaq ki, "Xalq Bank" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 225 078 600 manatdır. Bankın səhmlərinin 50%-i "İdeal Business Co." MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 33,85%-i "Euro Standard" MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 16,15%-i isə "AMAL Invest Group" MMC-yə məxsusdur.