Tələblər:
-
İqtisadiyyat və maliyyə sahəsində ali təhsil;
-
Bank sektorunda risk-menecment və ya kredit təhlili sahəsində iş təcrübəsi (ən azı 1 il);
-
Təhlil etmə bacarığı, geniş məlumat bazası ilə işləmək bacarığı;
-
Azərbaycan Respublikası Mərkəzi Bankının normativ xarakterli aktları barədə biliklər;
-
Risk-menecment, bank kreditləşməsi, kredit və portfel təhlilinin aparılması sahəsində biliklər;
-
Rus və Azərbaycan dillərində sərbəst danışmaq (ingilis dili arzuolunandır), bu dillərdə işgüzar yazışma bacarığı;
-
MS Office –Excel proqramını peşəkar səviyyədə bilmək, SQL-də işləmə bacarığı;
-
Məsuliyyətlilik, operativlik, ünsiyyətlilik və komandada işləmək bacarığı.
Vəzifələri:
-
Bankın kredit portfelinin konsolidasiya olunmuş təhlili (əsas göstəricilərin dəyişmə dinamikası);
-
Üstünlük təşkil edən risk amillərinin aşkara çıxarılması, risklərin minimallaşdırılması üzrə rəy və təkliflərin formalaşdırılması;
-
Risk menecmenti üzrə modellərinin hazırlanması və təkmilləşdirilməsi;
-
Qanuna uyğunluqların aşkar edilməsi, normativ və indikatorların müəyyən edilməsi məqsədi ilə statistikanın təhlili;
-
Göstərici və indikatorun normativlərdən kənara çıxmalarının səbəblərinin müəyyənləşdirilməsi və mövcud sistem və ya modelin təkminləşdirilməsi haqqında təkliflərin irəli sürülməsi;
Göstəricilərin proqnozlaşdırılması və hesabatların aparılması.
Tələblərə uyğun namizədlər şəxsi anket formasını [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur (CV formaları, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərilməlidir).