Dekabrın 29-da “VTB Bank (Azerbaijan)” ASC-nin səhmdarları növbədənkənar ümumi iclasda nizamnamə kapitalının artırılması məsələsini müzakirə edəcəklər. Bu barədə bankdan məlumat verilib.
Dekabrın 29-da bankın səhmdarlarının növbədənkənar ümumi iclası keçiriləcək. İclasda nizamnamə kapitalının artırılması və bankın Nizamnaməsinə dəyişikliklərin daxil edilməsi məsələləri müzakirə olunacaq.
Hazırda “VTB Bank (Azerbaijan)”ın nizamnamə kapitalı 50 mln. 815 min manata bərabərdir.