İndi bank “VTB (Azərbaycan)”ın müştəriləri kreditlərinin EasyPay terminalları vasitəsi ilə də ödəyə bilər. Bunun üçün müştərilər EasyPay terminalında Banklar bölməsində VTB (Azərbaycan)-ı seçməlidir. Bundan sonra aşağıdakı 3 parametrdən birini daxil etmək lazımdır:
• Müştərinin Pinkodu
• Kredit müqaviləsinin nömrəsi
• Kredit kartının son 6 rəqəmi
Bu variantlardan biri daxil edildikdən sonra ödəniş etmək olar. Əməliyyat başa çatdıqda müştəriyə ödənişi təsdiqləyən qəbz verilir. Kreditlər yalnız manatla ödənilir (dollar kreditləri manat ekvivalentində ödənilir).
EasyPay terminalları üzrə ödəniş həftənin 7 günü fasiləsiz həyata keçirilir. 17:00-dan sonra və qeyri-iş günlərində olan ödənişlər növbəti iş günü hesaba oturulur.
Qeyd edək ki, hazırda VTB (Azərbaycan) müştəriləri kredit üzrə ödənişlərini «E-manat» və «Milli-Ön» terminalları və www.hesab.az, www.e-pul.az, www.kassam.az onlayn sistemləri vasitəsi ilə həyata keçirə bilər. Bundan başqa, VTB Online və VTB Mobile – internet və mobil bank kimi ödəniş kanalları da müştərilərin ixtiyarındadır.