Fevralın 22-də, saat 15:00-da “Unibank” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq bankın Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Bühbudov küçəsi, 55 ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyinə “Unibank”ın nizamnaməsinə dəyişiklik edilməsi, bankın 2017-ci il üzrə auditinin keçirilməsi üçün Xaləddin Cəlal oğlu Əliyevin kənar auditor təyin olunması, xüsusi əhəmiyyətli əqdlər haqqında məsələlər daxildir.
Xatırladaq ki, “Unibank” "Unibank" 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 125 686 355,68 manatdır. Bankın səhmlərinin 54,3%-i Almaniyanın İnvestisiya və İnkişaf Korporasiyasının (DEG), eləcə də Avropa Yenidənqurma və İnkişaf Bankının daxil olduğu xarici fiziki və hüquqi şəxslər qrupuna, 45,7%-i isə Müşahidə Şurasının (MŞ) sədri Eldar Qəribovun, MŞ-nın üzvü Emin Quliyevin və İdarə Heyətinin sədri Faiq Hüseynovun daxil olduğu yerli fiziki şəxslər qrupuna məxsusdur.