“Unibank” ASC-nin səhmdarlarının fevralın 15-də növbədənkənar ümumi yığıncağı keçirilib.
Yığıncaqda Bankın Müşahidə Şurasına (MŞ) sədr müavini seçilib.
Bu vəzifəyə MŞ-nın üzvü Emin Quliyev gətirilib. Onun yerinə isə təyinat olmayıb.
Xatırladaq ki, "Unibank" 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən möcvud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 70 565 232 manatdır. Bankın səhmlərinin 56,91%-i Eldar Mahmud oğlu Qəribova (Müşahidə Şurasının sədri), 12,15%-i Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 6,68%-i Almaniyanın "DEG" investisiya şirkətinə, 4,41%-i Zemfira Mirzə qızı Cəfərovaya, 19,85%-i isə digər fiziki və hüququ şəxslərə, minoritar səhmdarlara məxsusdur.