“Silkway Bank” ASC-nin səhmdarlarında dəyişiklik olub.
FED.az Report-a istinadən xəbər verir ki,bu barədə bankın audit hesabatında məlumat yer alıb.
Məlumata görə, indiyə qədər “Silkway Bank”ın səhmlərinə nəzarət edən 3 fiziki şəxs ötən il bir hüquqi, 2 fiziki şəxslə əvəz edilib. Bunlardan biri yenə də Zərifə Həmzəyevadır. O, Bankın səhmlərinin 69,7%-nə nəzarət edir.
Digər səhmdarlar “Silkway Bank"ın daxil olduğu “Silkway Holding”in tərkibindəki “VİP Aviasiya Xidmətləri” MMC (30%) və Bankın İdarə Heyətinin sədri Elçin Eldar oğlu Əhmədovdur (0,3%).
Xatırladaq ki, "Silkway Bank" 2008-ci ildə yaradılıb, 1993-cü ildən fəaliyyət göstərən "Azal Bank"ın hüquqi varisidir. Onun nizamnamə kapitalı 101,545 mln. manatdır.