“Rabitəbank” ASC-də yeni təyinat olub. Elşən Bədirxanov bankın İdarə Heyətinə müşavir təyin edilib.
O, həm də “TCF” bank olmayan kredit təşkilatının Müşahidə Şurasında müşavir vəzifəsində çalışır.
E.Bədirxanov vaxtilə bir sıra banklarda, eləcə də hazırda ləğvetmə prosesində olan “Buta Sığorta” ASC-də rəhbər vəzifələrdə çalışıb.