“Rabitəbank” ASC sentyabrın 20-dən etibarən Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulan “SOCAR istiqrazları”nın satışını həyata keçirir.
Müştərilər “Rabitəbank” ASC-nın istənilən filiallarına yaxınlaşaraq ABŞ dolları ilə illik 5 faiz olmaqla və 5 il müddətinə, hər 3 aydan bir faizlərin götürülməsi şərti ilə, “SOCAR istiqrazları”nı əldə edə bilərlər. Qeyd edək ki, bir istiqrazın nominal dəyəri 1000 ABŞ dollarıdır və istiqrazlardan əldə olunan gəlirdən heç bir vergi tutulmayacaq.
İstiqrazların satışı oktyabrın 10-dək davam edəcək.
Xatırladaq ki, istiqrazlar, eləcədə bankın digər xidmətləri haqqında ətraflı məlumatı 133 nömrəli məlumat mərkəzindən əldə etmək olar.