“Rabitəbank” ASC plastik kart sahiblərinə kartlarındakı vəsaitə nəzarət etmək və təhlükəsizliyini qorumaq üçün “SMS Notification” xidmətini təklif edir.
Bankdan bildiriblər ki, bu xidmət vasitəsilə müştərilər günün istənilən vaxtı ödəniş kartı ilə aparılan hər növ əməliyyatlar və kart hesablarında baş verən dəyişikliklər haqqında mobil telefona dərhal SMS-məlumat almaq imkanını əldə edəcəklər. “SMS Notification” xidmətindən əmək haqqı kartı sahibləri də faydalana bilər.
Ətraflı məlumatı bankın 133 məlumat mərkəzindən və ya www.rabitabank.com saytından əldə etmək olar.