Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Qafqaz İnkişaf Bankı” ASC-nin kreditorlarına müraciət edib.
FED.az xəbər verir ki, müraciətdə bildirilir ki, növbəlikdə 7-ci sırada olan bankda təminatsız kreditorların tələbləri üzrə proporsional qaydada ödəniş (50 min manat ekvivalentində) 11 may 2017-ci il tarixdən etibarən Ləğvedici -Əmanətlərin Sığortalanması Fondu tərəfindən Bakı şəhəri, Babək prospekti 16 ünvanında yerləşən ofisin Müştəri Xidməti şöbələrində həyata keçiriləcəkdir.
Əlavə məlumat almaq üçün əlaqə nömrələri:
Qaynar xətt: 131, 941
(012) 596 65 91 / 92 / 93
e-poçt: [email protected]