“PaşaBank”ın 158 milyon 528 min manat dəyərində vaxtı keçmiş kreditləri var. FED.az bankın açıqladığı rəqəmlərə istinadən xəbər verir ki, bunlardan 51 milyonu ümumiyyətlə, ümidsiz kreditlərdir.
Vaxtı keçmiş kreditlərin kredit portfelində xüsusi çəkisi isə 15,2% təşkil edir. Müvafiq olaraq ümidsiz kreditlərin həcmi isə 5,1%-dir. Ötən ilin eyni dövrü ilə müqayisədə hər iki göstəricidə artım qeydə alınır. Belə ki, 2017-ci il yanvarın 1-nə olan məlumatda vaxtı keçmiş kreditlər cəmi 9% təşkil ediridi, yəni ötən bir ildə bu rəqəm 6% artıb.
Buna görə də bank ehtiyata ayırmalarını 58 milyon manatdan 64 milyon manata qaldırıb. Əsas artım keditlər üzrə məqsədli ayırmaların payına düşür.
Vaxtıkeçmiş kreditlərin həcmində Bakı lider olsa da, Gəncədəki vəziyyət daha çox diqqəti çəkir. Beləki, 17 milyon 217 min manat həcmində kreditdən 8 milyon 476 min manatı vaxtında qaytarılmayıb. Bank xüsusən də emal sənayesi və ticarət sektoruna verdiyi pullarını geri ala bilməyib.
“PaşaBank”ın digər ölkə banklarından fərqli olaraq fiziki şəxslərlə problemləri çox azdır. Bankın istehlak və ipoteka kreditləri 138 milyon 283 min manat təşkil etdiyi halda, vaxtında qaytarılmayan kreditlərin məbləği cəmi 1 milyon 222 min manatdır.
“PaşaBank”ın problemli kreditləri artır
10:42
16 Fev 2018