Azərbaycanın həyat sığortası üzrə ixtisaslaşmış şirkəti olan “PAŞA Həyat” öz depozitlərini “Bank of Baku”dan çıxartması barədə söhbətlərə münasibət bildirib.
FED.az xəbər verir ki, son aylarda “Bank of Baku” ətrafında gedən söhbətlər, bankın birləşdirilməsi və ya səhmdar axtarışı ilə bağlı aparılan işlərin ləngiməsini bankın maliyyə vəziyyətinə mənfi təsir göstərən amillərdən biri kimi qeyd edirlər. Üstəlik, “PAŞA Həyat” kimi şirkətlərin öz depozitlərini geri çəkməsi, bu barədə deyilənlər bank haqqında fikirləri daha da dolaşdırır. Lakin bu heç də belə deyil.
Məhz buna görə də, FED.az redaksiyası “Bank of Baku” ilə bağlı ictimaiyyətə daha dəqiq məlumat vermək məqsədi ilə hər iki tərəfin rəsmi mövqeyini öyrənib.
Beləliklə, “PAŞA Həyat” sığorta şirkətinin rəsmi mövqeyini təqdim edirik:.
Şirkətin marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin baş mütəxəssisi Ruslan Ələkbərov: “Bildirmək istəyirik ki, məlumat səhv məlumatdır. Bundan əlavə, qeyd edim ki, əməkdaşlıq edəcəyimiz şirkətlər biznes maraqları və müştəri məmnuniyyəti baxımından müəyyənləşdirilir. BOB-da partnyorlarımızdır, işimizi davam edirik”.
“Bank of Baku”nun rəsmi mövqeyi:
Bankın İctimaiyyətlə əlaqələr və reklam departamentinin direktoru Gülşən Cümayeva: “Sorğunuza cavab olaraq bildirim ki, yayılan məlumatlar həqiqəti əks etdirmir”.
“PAŞA Həyat” “Bank of Baku” ilə olan əməkdaşlığa aydınlıq gətirdi
17:37
19 Yan 2018