“PAŞA Bank” ASC-nin Gürcüstandakı törəməsi Müşahidə Şurasının sədri dəyişib.
İndiyə qədər bu vəzifəni tutan Mircamal Paşayevi Fərid Məmmədov əvəz edib.
O, həm də “PAŞA Bank”ın daxil olduğu “PAŞA Holdinq” MMC-nin Biznes qrupu üzrə direktoru və holdinqin icraçı direktorunun müavinidir. M.Paşayev isə bundan sonra MŞ-nın üzvü kimi fəaliyyətini davam etdirəcək.