Azərbaycanın ən iri banklarından olan “PAŞA Bank” müştərilərinə SMS-lə müraciət edib.
Qeyd edək ki, dekabrın 10-da, saat 01:00-dan 10:00-a qədər Bankda təkmilləşdirmə işləri aparılacaq.
Bununla əlaqədar onlayn rejimdə aparılan xidmətlərin istifadəsində fasilələr yarana bilər. Müştərilərdən əməliyyatları saat 11:00-dan sonra həyata keçirmək və yaxud təkrar icra etmək xahiş olunur.
Xatırladaq ki, “PAŞA Bank” 2007-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalı 333 mln. manat təşkil edir.